“Nardaran işi” üzrə Müsəlman Biriliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəməsi yanvarın 19-da davam edib. Məhkəmədə Fuad Qəhrəmanlı və Abbas Quliyev son söz deyiblər. Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.
Məhkəmədən sonra prosesdə iştirak edən AXCP sədri Əli Kərimli toplaşanlar qarşısında çıxış edərək, Fuad Qəhrəmanlının son sözündə dediklərini çatdırıb.