Bu gün AXCP Suraxanı şöbəsinin sədri Bəhruz Həsənlinin 35 yaşı tamam olur. Bu münasibətlə AXCP sәdri Әli Kәrimli onu tәbrik edib. Tәbrikdә deyilir:
AXCP Suraxanı şöbәsinin sәdri Bəhruz Hәsәnlini 35 yaşı münasibәtilә səmimi qəlbdən təbrik edirəm.
Bəhruz bəy mərd və mübariz, eyni zamanda işgüzar və enerjili partiyadaşlarımızdandır. Yüksək təşkilatçılıq qabiliyyəti ilə fərqlənir. Dürüstlüyü və səmimiyyəti ilə onu tanıyanların hörmətini qazana bilib. Təsadüfi deyil ki, partiyamızın ən böyük yerli təşkilatlarından olan Suraxanı şöbəsi ona etimad göstərərək, özünə sədr seçib.
Bəhruz bəy demokratiya uğrunda mübarizənin ön cəbhəsində təsadüfi deyil. Bu çətin, ancaq şərəfli yolu şüurlu şəkildə seçənlərdəndir. Onun təmsil olunduğu ailə, necə deyərlər, təcrübəli cəbhəçilər və siyasi məhbus ailəsidir. Özü də yürüdüyümüz bu yolda xeyli məhrumiyyətlər yaşayıb, sınaqlardan keçib.
Bəhruz bəy partiyamıza qoşulduğu ilk günlərdən başlayaraq hər zaman kütləvi aksiyalarımızda və başqa tədbirlərimizdə ön cərgələrdə olub, onların təşkilində əhəmiyyətli rol oynayıb. Əminliklə deyirəm ki, onu ictimai-siyasi həyatımızda çoxlu uğurlar və parlaq perspektiv gözləyir. Yüksək səviyyədə olan işgüzarlığı və təşəbbüskarlığı buna inamı gücləndirir.
Əzizimiz Bəhruz bəy, səni bir daha doğum günün münasibətilə təbrik edir, arzuladığın və uğrunda mübarizə apardığın Azərbaycanımızda uzun və sağlıqlı ömür sürməyini arzulayıram.