Azadlıq sənə heyvanlardan aşağı düşmək və mələklərdən daha yuxarıya qalxmaq fürsəti verir.
Hər gün bu ölkədə ən yüksək səviyyədə belə hansısa hüquqpozma halı olmadan növbəti günə keçməyi xatırlamıram. Olkədə sanki hüquq təminatı sistemi yox, hüquqpozmanı təşviq edən sistem mövcuddur. Bütün hüquq təsisatları ədalətin öz rəfinə qoyulması üçün yox, sanki onun pozulması üçün yaradılıbmış. Belə bir vəziyyətdə insan hüquq və azadlıqlarının coğrafiyasının genişlənməsindən yox, əksinə onun sərhədlərinin necə daralmasından danışmaq yerinə düşür.
Dünya birrəngli deyil. İnsan hüququ adında anlayışı tanımayan azsaylı dövlətlər mövcuddur. Amma bütün bunlarla yanaşı dünyanın mütərəqqi hissəsi insan hüquqlarının öz ölkələrində daha hansı səviyyəyə çatdırılması ilə bağlı yüksək təminat sistemləri formalaşdırırlar. Artıq elə ölkələr vardır ki, onları insandan kənar digər canlıların hüquqları da maraqlandırır. Bunun üçün digər vasitələr düşünülür. Maliyyə resursları sərf edirlər. Bir şəxsi müşahidəmi bölüşəcəm.
On il bundan öncə ABŞ-a büdcə dinləmələri ilə bağlı bir həftəlik tədbirə qatılmışdıq. Görüşlərimiz Vaşınqtonda baş tutduğu üçün sərbəst saatlarımızı əsasən şəhərin mərkəzi hissələrində tanışlıqlara sərt edirdik. Bir gün Ağ Evin qarşısındankeçirdik.Ucadan qışqırılan səs-küy diqqətimizi cəlb etdi. Ayaq saxlayıb vəziyyətlə maraqlandıq. Belə məlum oldu ki, bura yığışan insanlar sadəcə Ağ Evin ətrafındakı daimi vəziyyətdən hali olan insanlardırlar.Onlar boyunlarından müxtəlif şuarlar asmışdılar. Sən demə həmin insanları narahat edən ətrafda gecələri soyuqda keçirən sıçovulların və dələlərin gecələmək yerlərinin olmaması ilə bağlı imiş. Onlar sinələrinə yazdıqları şuarlarla Ağ Evdə çalışanların diqqətini bu məsələyə cəlb edib problemin həllini tələb etmək imiş. Əllərində meqafon polislərin gözünün qarşısında ucadan müxtəlif şuarlar səsləndirirdilər. Polis onları döymür, qol-qabırğaların qırmır və üzərlərinə getmirdi.Qəribədir, deyilmi? Bilirəm, bu hadisəyə hər bir şəxsin öz baxışı olacaq. Biriniz deyəcəksiniz, Suriyada və digər müsəlman ölkələrində insan ölümləri qarşısında bu nədir ki? Biriniz deyəcəksiniz ki, Amerikanın özünün həbsxanalarında ağlasığmaz işgəncə səhnələri ilə bu humanizm bir araya sığmır. Digər biriniz isə daha fərqli fikirlər söyləyəksiniz. Tamam! Amma gəlin onunla razı olaq ki, qlobal miqyaslı insan hüquq və azadlıqlarındakıciddi problemləri ABŞ təkbaşına həll etmək gücündə deyil. Bununla ABŞ-ın əl-üzünü yumaq fikrim yoxdur. Son illərdə qlobal səviyyədə böyük səhvləri olub. Amma bir ölkənin sərhədləri daxilində insanı dəyərli bir varlıq kimi göylərə qaldırır, onun haqqın verir və onun üçünyaradılmış təminat sistemini daha datəkmilləşdirir. Təəsüflə qeyd edilməlidir ki, bu hələlik yalnız barmaqla sayılacaq ölkələrin daxilindəki cənnətlikdən xəbər verir. Çox təəsüf ki, dünyanı bütöv sistem halında insan azadlığınının məkanı kimi deyil, yalnız hələlik cənnət adalarından danışmaq mümkün olur. Maraqlı tendensiya ondan ibarətdir ki, qlobal səviyyədə hüquq və azadlıq anlayışı insandan digər canlılara – itlərə, pişiklərə və sıçovullara keçir. Onun canlı varlıq olaraq yaşam hüququna dövlətlərin hansısa dərəcədəsə reaksiyasının özü bəşəri deyilmi?Bunlar güclü neft pullarından milyardlarla dollar əldə edib insanı it yerinə qoymayan sistemlərdən azmı qeyri-insanidir? Çağdaş dünyada daha çox oxunan yazıçı Oşonun “Tale, azadlıq və ruh” əsərində diqqətimi çəkən məqamlardan biri də insan azadlığı və onun özünəməxsusluğunun digər canlılardan fərqli səhnəsini təsvir etməsi idi:“İnsan yer üzündə azadlığa sahib olan tək varlıqdır. İt it olaraq doğulur, it kimi yaşayacaq və it kimi də öləcək. Azadlıq deyilən şey yoxdur. Qızılgül isə qızılgül olaraq qalır. Dəyişmə ehtimalı yoxdur – nilufər gülünə çevrilməyəcək. Dəyişim və azadlıq müzakirə mövzusu belə deyil. İnsan isə tamamilə fərqlidir. Bu onun taleyidir, xüsusi var oluşa sahibdir, özünə məxsusdur.”Həqiqətən azadlıq tələbatı təkcə insana xas mənəvi canatma ehtiyacı deyil. O şüurlu insandan kənarda da digər canlıların da var olma formasının vacib şərtidir. Həmin varolma təkcə fiziki tamlıq anlamında yox, onun məhdudlaşdırılmayan azadlıqları çərçivəsində qavranılır. Hətta heyvanlarda belə azadlıq ehtiyacı onun varolma ehtiyacına üstün gəlir. Bir çox vəhşi heyvanlarda belə azadlığa dözümsüzlük həddi heyrət doğracaq həddədir. Elə heyvanlar var ki, onları qəfəsə salanda onlar buna dözə bilməyib başlarını və ya bədənlərinin müxtəlif hissələrini ora-bura çırparaq öldürürlər. Bəzən belə dözümsüzlük elə şiddətli forma alır ki, bu zərbələrdən qabaq heyvanın ürəyi o işgəncəyə tab gətirmir. Bu əslində heyvan adlandırdığımız canlıda azadlığının əlindən alınmasının üsyanıdır. Etdikləri isə sanki əlindən alınmış azadlığınaintiharla cavab reaksiyasıdır. Bu çox düşündürücüdür.
Bir ölkənin nüvə silahı ola bilər. Yeraltı sərvətlərin istismarından milyardlarla dollar qazana bilər. Amma ölkədə itə qoyulan hörmət insana qoyulmayacaqsa, bu zənginlik nifrətə layiq harınlıqıdır. Məmnunluq doğran zənginlik insan azadlığına önəm verən zənginlikdir. Ondan kənardakı zənginlik rifah deyil.Çünki,maddiləşmiş yeraltı və yürüstü sərvətlər nəinsana, nə də insanlığa xidmət etməyəndə dəyər sayılmaz.Dəyər əlavə gəlir gətirmək qabiliyyətidir. Orada ki, insan qabiliyyətinə və təşəbbüskarlıq ruhuna azadlıq verilmir, demək dəyər də olmayacaq. Ona görədir ki,insanın tələbatındadaim azad olmaq ehtiyacı yatır. Azadlıqdan kənarda onun qarnının doydurulması ruhu tələbatının təmin edilməsi olmayacaq.Çünki, dünyada bütün canlıların mövcud olmasında azadlıq anlayışı yardımçıyox, əsas faktordur. Ondan kənarda nə insan var, nə də insanlıq!