Türkiyənin Anadolu agentliyinin verdiyi xəbərə görə İstanbulda Yeni il gecəsi Reina gecə klubuna qanlı basqın etməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Bu basqın zamanı 39 nəfər qətlə yetirilib.
Abdülqadir Masharipov kimi təqdim edilən şübhəlinin İstanbul Əmniyyət İdarəsi tərəfindən Esenyurtdakı bir ünvanda həbs olunduğu bildirlir.
Həmin ünvana keçirilən reyddə habelə bir qırğız əsilli kişi və üç qadın, toplam 5 nəfərin həbs edildiyi xəbər verilir.
Gecə klubuna hücumla bağlı antiterror əməliyyatının davam etdirildiyi bildirilir.