Azərbaycanda ötən ildə 2015-ci ilə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,5% artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Ötən ilin dekabr ayında noyabr ayına nisbətən yükdaşıma qiymətləri 2,6%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,6 və 3,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 3,6%, dəniz nəqliyyatında 3,7%, avtomobil nəqliyyatında 1,3% artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.