Çin, vəzifəsinə başlayacaq yeni ABŞ rəhbərliyinin Çini Cənubi Çin Dənizinə daxil olmasına əngəl yaratması vəziyyətində “hərbi qarşıdurmaya hazırlıqlı olması lazım olduğu” xəbərdarlığını edib.
Ölkədəki rəsmi yayım orqanlarından biri olan “Global Times” qəzetinin bu günkü baş məqaləsində, ABŞ-da 20 Yanvarda Prezident kürsüsündə oturacaq Donald Trumpın kabinetində xarici işlər naziri namizədi olan Rex Tillerso-nın “Çinin Cənubi Çin Dənizindəki adalarla daxil olmasına mane olmalıyıq” sözlərinə sərt reaksiya göstərilib.
“Tillerson senatorların dəstəyini qazanmaq üçün Çinə qarşı sərt mövqe tutur ” başlıqlı baş məqalədə, “Çinin mövcud hərbi gücü və bu istiqamətdə hazırlığı nəzərə alındıqda yeni Vaşinqton rəhbərliyinin Çinin Cənubi Çin Dənizindəki adalarla daxilolmasına mane olmaq niyyətləri uğurla nəticələnməyəcəkdir” ifadəsinə yer verilib.
(marja)