ABŞ prezidenti seçilmiş Donald Tramp Rusiyanın Amerika seçkilərinə müdaxilə etdiyini etiraf edib. Tramp noyabrın 8-də prezident seçildikdən sonra Nyu Yorkda ilk mətbuat konfransını keçirib.
O deyib ki, Putinin onun namizədliyini dəstəklədiyi halda belə, o, gələn həftə hakimiyyətə gəldikdə dünya səhnəsində Rusiya lideri ilə əlaqələrdə demokrat Hillari Klintondan daha sərt mövqe tutacaq.
“Siz səmimi olaraq Hillari Klintondan məndən daha sərt mövqe tuta biləcəyi inanırsınızmı? Bu qədər də olmaz”-deyə o bildirib.
Tramp Rusiya ilə hər hansı maliyyə marağının olduğunu rədd edərək deyib: “Mənim Rusiya ilə sövdələşmələrim yoxdur, heç bir sövdə olmayacaq, Rusiya ilə heç bir kredit yoxdur.”
Amerika kəşfiyyatının Putinin kompyuter hakerlinə göstəriş verdiyinə dair çıxardığı nətəcə ilə bağlı sualın cavabında Tramp deyib ki, “o bunu etməməli idi”.
Donald Tramp Rusiyanın onu etibardan salmaq üçün informasiya topladığı və onun kampaniya rəsmilərinin Rusiya kəşfiyyatı ilə əlaqəsi olduğuna dair məlumatların yayılmasını qınayıb.
250 jurnalistin iştirakı ilə keçən mətbuat konfransı zamanı Tramp yanvarın 20-də ABŞ prezidenti kimi vəzifəsinin icrasına başladıqda onun qlobal biznes maraqlarının iki oğlu və Trump Organization şirkətinin icraçılarından biri tərəfindən idarə olunacağını elan edib.
Donald Tramp sonuncu dəfə jurnalistlərlə iyulun 27-də keçirdiyi mətbuat konfransında demokrat namizəd Hillari Klintonu aylarla mətbuatın suallarına cavab vermədiyinə görə kəskin tənqid etmişdi.
ABŞ-ın müasir prezidentlərinin çoxu Ağ Ev uğrunda mübarizədə qələbə əldə etdikdən az müddət sonra mətbuat konfransı keçiriblər. Noyabrın 8-i seçkilərdən sonra Tvitter səhifəsində 1600-dan çox mesaj yazması və qısa açıqlamalar verməsinə baxmayaraq, mətbuatın suallarını cavablandırmayıb.
***
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk geniş mətbuat konfransını keçirib. Tramp jurnalistlərin suallarını cavablandırıb.
O, prezident səlahiyyətlərinə rəsmən başlayandan sonra görəcəyi işlərdən, yeni kabinetinin üzvlərindən, Rusiya , Çin, Meksika ilə münasibətlərdən, biznesinin bundan sonrakı aqibətindən, ABŞ-ın yeni administrasiyasının daxili və xarici siyasətdə tutacağı kursdan danışıb.
Gültəkin