Türkiyə Böyük Millət Məclisi, fövqəladə halın (OHAL) üç ay daha uzadılması ilə bağlı layihəni qəbul edib.
Uzadılmasaydı fövqəladə hal yanvarın 19-da bitməli idi.
Ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra iyulun 20-də elan edilmiş 3 aylıq fövqəladə hal oktyabr ayında da 3 ay müddətinə uzadılmışdı.
Fövqəladə hal yenidən uzudulmasa aprelin 19-da bitəcək.
OHAL əsas hüquq və azadlıqlarla bağlı bu məhdudiyyətlərin gətirilməsinə imkan tanıyır:
- Qəzet, jurnal, buklet, kitab, əl və ya divar elanı və bənzərlərinin nəşr edilməsi, çoxaldılması, dərc olunması və yayılmasını qadağan etmək və ya icazəyə bağlamaq.
- Söz, yazı, şəkil, film, val, səs və görüntü lentlərinə və səslə aparılan hər növ yayıma nəzarət etmək, lazım gəldikdə qeydə almaq və ya qadağan etmək.
- Hər növ səhnə oyunlarına və göstərilən filmlərə nəzarət etmək, lazım gəldikdə dayandırmaq və ya qadağan etmək.
- Toplantı və nümayiş yürüşlərini qadağan etmək, təxirə salmaq, icazəyə bağlamaq.
- Dərnək fəaliyyətini; Hər bir cəmiyyət haqqında ayrıca qərar vermək və üç ayı keçməməklə qeydiyyatını dayandırmaq.
OHAL-da nəzarət müddətlərini də bir aya qədər uzatmaq olar.