Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə yeni maraqlı detal məlum olub.
Keçmiş MTN əməkdaşları qanunsuz ələ keçidrikləri pulların bir qismini ləğv olunmuş nazirliyin inzibati binasının yaxınlığındakı “Sultan” kafesində alıb. Belə ki, hədələnən sahibkarlar “Sultan” kafesinə dəvət olunub, burada onlarla qanunsuz alınacaq pulun məbləği ilə bağlı söhbətlər aparılıb, razılaşmalar olub. “Sultan” kafesində müxtəlif şəxslərin hər birindən yüz minlərlə manat, dollar, ümumilikdə milyonlarla AZN vəsait alınıb.
Bəzə sahibkarlar “Sultan”da hədələnib. Hətta bəzi şəxslər zorla bu kafeyə gətirilib.
Ümumilikdə, ittiham aktında “Sultan” kafesinin adı 95 dəfə çəkilib.
Qeyd edək ki, “Sultan” kafesi hazırda fəaliyyətini davam etdirir. (Report)