«Mən Astan Şahverdiyev, dekabrın 24-ü AzadlıqRadiosuna verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm».
Modern.az-ın xəbərinə görə, bu açıqlamanı deputat Astan Şahverdiyev yayıb.
Deputat deyib ki, iki gün ərzində özünün, ailə üzvlərinin telefonuna çox sayda zənglər, mesajlar gəlib. Hətta bu mesajlarda təhqirlərə də yol verilib: «Məsələnin bu yerə qədər çatmasına təəssüf edirəm. Bu mənim məsələ ilə bağlı sonuncu açıqlamamdır, xalqımdan üzr istəyirəm, onların böyüklüyünə sığınıram».