Vəhhabi təriqətinə mənsud olduğu bildirilən şəxs polisi yaralayıb
Dünən səhər saatlarında, Qazax rayonunun Çaylı kəndində silahlı atışma olub. Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə axtarışda olan Bakı şəhər Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60-da qeydiyyatda olan Sanıyev Samirin polisə silahlı müqavimət göstərməsi ilə baş verib.
Silahlı olan Saniyev Samir polislərə atəş açıb. Insident zamanı hadisə yerində olan polis əməkdaşı Səttarov Elşən güllə yarası alıb. Tapançadan atılan güllə Elşən Səttarovun qarın boşluğuna dəyib. Xəstəxanaya çatdırılan polisin vəziyyəti orta-ağır kimi dəyəndirilir. Hadisə baş verən zaman Elşən Səttarovdan başqa daha bir polis nəfəri də atışmada iştirak edib və heç bir xəsarət almayıb. Nəticədə hadisəni törədən şəxs tərksilah edilib. Aldığımız məlumata görə, Samir Sanıyev vəhhabilərlə əlaqəli şəxsdir. Və təxminən 1 il əvvəl Sumqayıt şəhərində iki nəfərin ölümü ilə nəticələnən hadisədə şübhəli şəxs qismində axtarılırmış. Faktla bağlı cinayət işi başlanıb istintaq gedir.
Nemət Novruzov