İsrail baş naziri Binyamin Netanyahu Azərbaycan və Qazaxıstana rəsmi səfər üçün yola çıxıb.
İsrail KİV xəbər verir ki, səfər zamanı onu ekologiya naziri Zeev Elkin müşayiət edəcək.
Bakıya səfəri zamanı B.Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparması, ardından yəhudi icmasının nümayəndələri ilə görüşməsi planlaşdırılır.