“MTN işi”ndə adı keçən qadın həbsxanada ölüb

mtnAzərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

Hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.

Qeyd edək ki, C. Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O,  2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib.

Məlumata görə, C. Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub.

Qeyd edək ki, C. Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra bir neçə dəfə Azadliq qəzetinə müraciət edərək başına gətirilənləri yazıb. Həmin materialları yenidən oxucularımızın nəzərinə çatdırırıq.

www.azadliq.info/105629.html

https://www.azadliq.info/111030.html

www.azadliq.info/111273.html