ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin gizli hesabatına görə, Rusiya 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə edərək Donald Trampın qələbə qazanmasına kömək göstərib. Bu barədə Vaşinqton Post qəzetinə bu barədə məlumatlı rəsmilər xəbər verib.
Onların sözlərinə görə, xüsusi xidmət əməkdaşları aşkar edib ki, Demokratlar Partiyasının Milli Komitəsinə haker hücumu nəticəsində Hillari Klintonun seçki kampaniyasının rəhbərinin məktubları da daxil olmaqla, əldə edilən minlərlə elektron məktub Rusiya hökumətinə bağlı şəxslər tərəfindən Vikiliksə ötürülüb. “Kəşfiyyat bildirib ki, Rusiyanın məqsədi Trampı qalib etmək olub. Bu, ümumi fikirdir”, – deyə mənbə bildirib.