“Azadlıq” qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi, siyasi məhbus Faiq Əmirlinin sağlıq durumu ağırlaşıb. Bu barədə onun xanımı Lalə Əmirli feysbukda məlumat yaypb. L.Əmirli yazır ki, F.Əmirli onunla telefon danışığı zamanı mədəsində kəskin ağrıların yenidən baş qaldırdığını bildirib.
Müdafiə tərəfi dəfələrlə F.Əmirlinin təcili müalicəyə ehtiyacı və müalicə müəssisəsinə köçürülməli olduğunu bildirib. Lakin onun müayinə və müalicəsi üçün heç bir tədbir görülmür.
“Azadlıq” qəzeti və AXCP F.Əmirliyə qarşı belə anti-insani münasibəti şiddətlə pisləyir və onun təcili olaraq müalicə müəssisəsinə yerləşdirilməsini tələb edir. F.Əmirlinin səhhəti ilə bağlı yarana biləcək bütün xoşagəlməzliklərə görə hakimiyyət məsuliyyət daşıyır.