Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Bu barədə “Marja”ya AMB-dən bildirilib.
Məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7369 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7414 AZN/USD məzənnəsi ilə yekunlaşıb.
Artım 0,26% təşkil edib.
Dekabrın 9-na olan yekun rəsmi məzənnənin artması mümkündür.