Azərbaycanda yeni elektrik enerjisi, təbii qaz tariflərinin dolayı təsirlərinin kompensasiya edilməsi üçün müvafiq tədbirlər nəzərə tutulub.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasındakı çıxışında bildirib.
Nazir Tarif Şurasının son qərarı ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “SOCAR hər kubmetr qazın satılması üçün 140 manat xərcləyir. Hazırda qazın orta satış qiyməti 90 manatdır. SOCAR faktiki olaraq zərərlə işləyir. SOCAR tərəfindən investisiyaların qoyulması, hətta qazın hasilatının sabit saxlanması mümkün olmurdu. SOCAR-a büdcə hesabına invesisiyaların ayrılması gündəmə gəlirdi.
Qazın hasil edilməsi, istehlakçılara çatıdırılması üçün təmir işləri zəruri idi. Prezident tərəfindən həyata keçirilən sosialyönümlü siyasəti nəzərə alaraq sosial baxımından həssas təbəqinin maraqlarını qorumaq üçün optimal qərar qəbul edilib. 1500 kubmetr güzəştli tariflə müəyyən edilmiş istehlakdır. Əhalinin 62%-i 1500 kubmetrədək qaz istifadə edir. Böyük hissə bundan zərər çəkməyəcək, onlara qənaət üçün stimul verəcək”.