Oktyabr ayında Bakıda səfərə gələn 2 Almaniya vətəndaşı aldadılıb. Bu barədə Maynsda yaşayan Feysbuk fəalı Yusif Abulov yazıb: “Bu gün dükanıma bir alman gəldi və dedi ki, oktyabrın 28-də xanımı ilə birgə Bakıda olub. Məqsəd bir gün sonra keçiriləcək “Qəbələ” – “Mainz 05” oyununa baxmaq və şəhəri gəzmək idi. Hava limanından şəhərə gələn ailə 350 avro vəsaiti manata dəyişmək istəyib. Lakin valyutadəyişmə məntəqəsində onlardan üzərində 300 avro yazılan kağıza imza atmaq tələb olunub. Alman ailə pulun 350 avro olduğunu israr etsə də, məntəqədəki şəxs aldığı pulun 350 avro olduğunu danıb və 300 avronu manata çevirib. Bundan sonra gördüklərindən naraza qalan ailənin xanımı oyuna baxmadan Azərbaycanı tərk edib. Ailə Azərbaycan haqqında eşitdiklərinin alt-üst olduğunu deyir”.