ABŞ-ın vitse-prezidenti Co Bayden növbəti prezident seçkilərinə namizəd kimi qatılacağını deyib.
«Fox News»un məlumatına görə, Bayden 2020-ci il seçkilərində namizədliyini irəli sürəcək.
Jurnalistlər bunun zarafat olub-olmadığını dəqiqləşdirmək istəyəndə Bayden fikrinin tamamilə ciddi olduğunu və ABŞ prezidenti olmaq istədiyini bildirib.
O həmçinin qeyd edib ki, tale işlərə həmişə ən qəribə şəkildə müdaxilə edir.
Əgər 74 yaşlı Bayden növbəti prezident seçkilərində namizədliyini irəli sürsə və qalib gəlsə, ABŞ tarixində ən yaşlı prezident olacaq.
Hazırda bu statusu 70 yaşlı Donald Tramp daşıyır. Ona qədər isə ən yaşlı Amerika prezidenti 69 yaşlı Ronald Reyqan olmuşdu.
Gültəkin