Fransa baş naziri postuna daxili işlər naziri Bernar Kaznev təyin olunub.
Bu barədə Yelisey sarayından verilən məlumatda deyilir.
Müvafiq qərar baş nazir Manuel Valsın istefaya getməsindən sonra qəbul olunub.
Qeyd edək ki, M. Vals sosialistlərin praymerizində iştirak etmək üçün bu addımı atıb.