San-Fransisko yaxınlığında yerləşən Oklend şəhərində (Kaliforniya ştatı, ABŞ) anbarda əyləncə gecəsi keçirilən zaman yanğın baş verib.
Yerli sakinlər yanğın nəticəsində 40 nəfərə yaxın insanın öldüyünü ehtimal edirlər.
Hazırda isə 9 nəfərin öldüyü təsdiqlənib.
Bir neçə saat davam edən yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
(report)