ABŞ-ın Florida ştatında yaşayan kubalılar Fidel Kastronun ölüm xəbərini eşidən kimi küçələrə çıxıb bu hadisəni bayram kimi qeyd ediblər.
Floridanın Mayami və digər şəhərlərində yaşayan kubalılar xəbər yayılan kimi küçələrə axışaraq Kuba bayraqlarını yelləməklə yanaşı, fişənglərdən də istifadə ediblər. Mayaminin mərkəzində “Versal” restoranının qarşısında toplaşmış kütlə “Fidel – Tiran”, – deyə qışqırıblar.