Yaxın günlərdə onun təntənəli şəkildə Prezident Administrasiyasından uzaqlaşdırılacağı bildirilir
Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin tutduğu vəzifədən ediləcəyi barədə məlumat almışıq. Məlumatda bildirilir ki, Ramiz Mehdiyev yaxın günlərdə təntənəli şəkildə PA-dan yolanaraq Heydər Əliyev Mərkəzinə rəhbər təyin edicələk.
Bunun Ilham Əliyevin iradəsindən irəli gəldiyi, yoxsa Ramiz Mehdiyevə qarşı olan qrupların israrı olduğu dəqiq bəlli deyil. Qeyd edək ki, bir neçə ay əvvəl də Ramiz Mehdiyevin Heydər Əliyev Mərkəzinə rəhbər təyin ediləcəyi barədə məlumatlar yayılmışdı. O zaman bildirilirdi ki, hakimiyyətdaxili qruplar onun PA-dan uzaqlaşdırılmasını və siyasi proseslərdən kənarda saxlanılmasını istəyirlər.
Başqa məlumatlara görə isə Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondu birləşdiriləcək. Birləşdirilmiş quruma isə Ilham Əliyevin xanımı Mehriban Əliyeva rəhbərlik edəcək.