Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin olunmaması barədə qərar qəbul olunub.