Fransa Milli Assambleyasının spikeri Klod Bartolone hökumətə ölkə prezidenti Fransua Ollanda impiçmentlə bağlı layihə göndərib. Bu barədə Le Monde nəşri məlumat yayıb.
Parlamentarilər Ollandı 2013-cü ildə Suriyada hərbi münaqişəyə qoşulmaqla bağlı dövlət sirrini yaymada günahlandırır. Söhbət jurnalistlər Jerar Dave və Fabris Lomun 2016-cı ilin oktyabr ayında satışa çıxan “Prezident bunu deməməlidir” kitabındakı etiraflardan gedir. Kitabda prezidentin təxminən 60 müsahibəsi toplanıb.
Müsahibələrdə Fransa prezidenti xüsusi xidmət orqanlarına xaricdəki cihadçıları məhv etməklə bağlı əmr verdiyini deyib. Sonuncu müsahibəsində Olland qətlə yetirməklə bağlı əmr vermədiyini, söhbətin terrorçuların izlənməsindən və “neytrallaşmasından” getdiyini bildirib.
Fransanın keçmiş baş naziri Fransua Fiyon bəyan edib ki, qətnamənin demək olar şansı yoxdur, çünki onun qəbulu üçün parlamentdə çoxluğun səsi lazımdır. “Sağlar” isə bu çoxluğa malik deyil.
Sənədi 79 deputat imzalayıb.
azadlıq.info