Əli Kərimliyə görə kanalın internetini kəsdilər


Dünən AXCP sədri Əli Kərimli “Günaz TV”nin canli yayımına qatılıb. AXCP sədri canlı verlişə qoşulduqdan on dəqiqə sonra kanalın Bakı bürosunun interneti kəsilib. Əməkdaşların bütün cəhdlərinə baxmayaraq internet bərpa olunmayıb. Nəticədə veriliş telefon vasitəsi ilə davam etdirilib.
Verlişdə Ə.Kərimli Azərbaycanın və azərbaycanlıların üzləşdiyi problemləri ətraflı analiz edərək, çıxış yollarını göstərib. AXCP sədri həmçinin, Güney Azərbaycandakı soydaşlarımızın çoxsaylı suallarını cavablandırıb.

İnformasiya şöbəsi