Mosulun Başika qəsəbəsində İraqın Peşmərgə qüvvələriylə özünü İslam Dövləti (İD) adlandıran qrupun döyüşçüləri arasında döyüşlərin başlandığı bildirilir.
Yüzlərcə Peşmərgə qüvvələrinin top atəşləriylə və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin səhər saatlarından başlayaraq Başikaya üç istiqamətdən hücuma keçdikləri açıqlanıb.
İraq ordusu günortadan sonra Peşmərgə qüvvələrinin Başikanın yarısını ələ kecirdiklərini bəyan edib.
Başikanın Mosul əməliyyatı istiqamətində aparılan əməliyyatlar çərçivəsində 2 həftə əvvəldən mühasirəyə alınıb.
Altı gün əvvəl Mosulun kənar məhəllələrinə daxil olan İraq Ordusunun xüsusi qüvvələri bəzi bölgələri ələ keçirib.
Lakin içində bomba olan avtomobillər vasitəsilə edilən sui-qəsdlər, tələ planları və ev-ev baş verən döyüşlər səbəbilə irəli getmək planları zəifləyib.
Peşmərgənin Başikada hücumları davam edərkən Rudaw Xəbər Agentliyinin müxbiri İD döyüşçülərinin məhdud müqavimət göstərdiyini deyib.
Ağ Evin İD qrupuna qarşı koalisiyadakı özəl nümayəndəsi olan Brett MCGurk dünən axşam verdiyi açıqlamada üç həftədir davam edən hücumların “böyük ölçüdə planlaşdırıldığı kimi getdiyini” söyləyib.
McGurk deyibv ki, “Mosulda hər baxımdan hər şey yolunda gedir. Daeş gözlədiyimiz kimi gərgin bir dirəniş göstərir və bu əməliyyatın başa çatmasının zaman alacağını gözləyirəm”.
McGurk Raqqa istiqamətində başladılan əməliyyatın mərhələlərlə davam edəcəyini vurğulayıb.
“Bu gün başlayan təcrid mərhələsi var və İD-i Raqqadan kənarlaşdırmaq üçün növbəti mərhələlər də olacaq” , McGurk əlavə edib.
(bbc azəri)