Blatter qaliblərin bu qayda ilə müəyyənləşməsini ədalətli saymır
FIFA prezidenti Jozep Blatter qalibi əsas vaxtda müəyyən olunmayan qarşılaşmalarda istifadə edilən penaltilər seriyasını ədalətli üsul saymır. FIFA prezidenti penaltilər seriyasını əvəzləyək üçün yeni üsul tapmağa çalışdığını açıqlayıb.
Dünya çempionatları və Çempionlar Liqasında penaltilər seriyasında həlledici zərbələri qola çevirə bilməyən futbolçuların kəskin şəkildə tənqidlərə, hətta fiziki hücumlara məruz qaldığını qeyd edən Blatter bu üsulun ədalətli olmadığını iddia edib. O bildirib ki, FIFA-nın idarə heyətinin üzvləri də çıxış yolu tapmaqda ona kömək edəcəklər. Blatter yeni üsul haqqında hələlik konkret bir fikrin olmadığını da vurğulayıb.