Əli Əkbər Salehi: «Iran Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etməyə hazırdır»
“Iran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Iranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.
Onun sözlərinə görə, Iran Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin tərəfdarıdır: “Bizim regionda maraqlarımız var. Bölgədə təhlükəsizliyin və sabitliyin bərqərar olmasını istəyirik. Çünki bölgənin təhlükəsiz olması bizim xeyrimizədir. Biz bütün gücümüzlə məsələnin həllini tapmasına çalışırıq. Çünki Iran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir”.