Elxan Şahinoğlu: «Necə olur ki, Ermənistan Suriyadakı ermənilərə sahib çıxır, Azərbaycan isə türkmənlərə yardım etmir?»
İraq Türkmən Cəbhəsi lideri Ərşad Salihi Azərbaycanın dövlət başçısı İlham Əliyevə müracəit edib. Kərkükdə yaşanan son hadisələrdən sonra Ə.Salihi bildirib “Benim dedemin mezarı 1918’te senin sanındadır. Can Azerbaycan neredesin?».
Artıq bununla neçənci dəfədir ki, Azərbaycandan dövlət səviyyəsində dəstək verilməsi istənilir. Heç kim Azərbaycandan hərbi əməliyyatlara qoşulmasını istəmir. Amma ölkəmiz ən azı türkmənlərə humanitar yardım göstərə bilər. Hazırda bölgədə ciddi təzyiq altında olan türkmənlərə bu dəstək onların vəziyyətini müəyyən qədər düzəldə bilər.
«Atlas» Araşdırmalar Mərkəzinin Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan imkanları daxilində türkmənlərə dəstək verməlidir. Azərbaycanın iri dövlətlər iki bölgədə maraqlarının olmadığını deyən E.Şahinoğlu bildirdi ki, Azərbaycanın bu istiqamətdə heç bir niyyəti yoxdur və türkmənlərə sadcə humanitar yardım göstərilə bilər: «Azərbaycanın Əfqanıstanla bağlı ciddi təcrübəsi var. Azərbaycan ondan kömək uman insanlara da dəstək verə bilər. Burada heç bir qəbahət yoxdur. Düzdür Azərbaycan rəsmiləri bəyan edir ki, biz heç bir ölkənin daxili işinə qarışmırıq. Amma biz həmin ölkələrin rəhbərliyinə müracət edə bilərik ki, bizə rəsmi icazə verilsin. Hazırda Rusiya Hələbin bir hissəsini nəzarətdə saxlayır. Orada da Rusiyanın köməkliyi ilə humanitar yardım göstərmək olar. Son zamanlar Rusiya Qərb tərəfindən təkləndiyinə görə öz tərəfdarlarına təklif edir ki, onun təyyarələri vasitəsilə Suriyaya yardım göstərsinlər. Azərbaycana da belə bir müraciət edilib. Ona görə bundan da istifadə etmək olar. Necə olur ki, Ermənistan Suriyadakı ermənilərə sahib çıxır, Azərbaycan isə türkmənlərə yardım etmir?».
Xəyal