Dəyərli dostlar, fikir, xəyal karvanında dünyanı dolaşib onsuz da ərşə çəkilmiş yuxusuzluğum Sizlərlə dərdi-hal etməyə məni məcbur elədi. Birdə vicdanımın səsi. Amerikan yazıçısı Ernest Heminqueyin ” Dünyada bir insan itkisi mənimçün böyuk bir itkidir, çünki mən də bəşəriyyətin bir hissəsiyəm. Ona görə sorma ölüm zəngi kimə çalınir, bu zəng elə sənin özünə çalınır” hayqırtısını xatırladım və sakitcə künc-bucaqda başlarını girləyən, “məndən ötdu, qardaşıma dəyər”, “el ücün ağlayan iki gözdən olar”, “dəymə mənə, dəyməyim sənə”- kimi prinsiplərlə ölüm zəngini gözləyən “ziyalılarımızı” xatirladim. Sual verirəm Sizlərə; 20% torpağı işğal altında olan Vətənimiz, əsirlikdə taleləri məlum olmayan qiz-gəlinlərimizin namusu, aslan kimi bu vətənin azadlığı uğrunda şəhid olmuş ərənlərimizin, zillət, ehtiyac içində hələ də ömr sürən qazilərimizin ruhları, ahu- nalələri sizin donmuş vicdanınızı göynətmirmi barı?! Hələ ölkə daxilində baş alıb gedən rüşvət və talandan, iqtisadi böhrandan, dərinləşən, proqnozu məlum olmayan bank-kredit sistemindən danişmıram. Bu gün ölkəni bu ağır durumdan cıxarmağın bircə yolu var; Qanunların verdiyi imkanlardan, dinc, sivil yolla iqtidar-müxalifət dialoqu. İqtidar məlum, müxalifət hansı quvvədir? Bu gün xalqin daha çox ümüd bəslədiyi əsas müxalifət Milli Şuradır. Hər bir ziyalının vicdan borcudr ki, Milli Şuranın ətrafında sıx birləşsin.
PS. Təbii ki, dediklərim mənim subyektib düşüncələrimdir.