ABŞ da prezident seçkiləri öncəsi namizədlərin debatları keçirilib. Son debatda Demokratlar partiyasının namizədi H.Klintonun “Kürtləri silahlandırmağı dəyərləndirəcəyəm, onlar İraqda olduğu kimi, Suriyada da Suriyanın da ələ alınmasında bizim ən yaxşı ortaqlarımızdır” fikrinə Türkiyənin baş naziri Binali Yıldırım sərt cavab verib. Baş nazir partiyasının toplantısında çıxış edərək bildirib ki, bu fikir nə məna verir? ABŞ bizim müttəfiqimiz deyil? NATO-dakı müttəfiqimiz deyil? Silahla dəstəkləmək nə deməkdir? “Bu o deməkdir ki, Suriyada İŞİD-lə mübarizə adı altında PKK-nın Suriyadakı qolu PYD və YPG-ni silahla təmin ediblər. Bir terror təşkilatına qarşı digər terror təşkilatını dəstəkləyib, təşkilatlandırmaq nə qədər əxlaqlıdır”
azadliq.info