Hakimiyyət mediası, rejim sözçüləri belə təbliağt aparırdı ki, AŞPA referendumun nəticələrini tanıyır. Amma keçmiş siyasi məhbus, hüquq müdafiəsi Anar Məmmədli öz “facebook” səhifəsində bu təbliğatın yalan olduğunu bildirib. Statusu olduğu kimi təqdim edirik
“Avropa Şurası Parlament Assambleyasının payız sesiyasının ilk günündə bu qurumun büro iclası keçirilib. İclasdan sonra hökumətyönlü mediada belə məlumat yayılıb ki, guya 26 sentyabrda keçirilmiş referendum üzrə AŞPA-nın Qiymətləndirmə missiyasının hazırladığı memorandumu Büro təsdiqləyib. İki saatdır bu qərarı axtarıram ki, tanış olum. Nəhayət, büro iclasının gündəliyini tapdım və məlum oldu ki, bu iclasın gündəliyinə yalnız Belarus və İordaniyada keçirilən seçkilərlə bağlı məsələ salınıb. Azərbaycanla bağlı məsələ nəinki müzakirə edilib, heç gündəlikdə yoxdur. Bu yalan nəyə lazımdır!?”