Müsavat Partiyasını təşəbbüsü ilə yaradılan “Respublika” təşviqat qrupu referendumla bağlı toplanılan seçici imzalarını bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasına təhvil verib.
Bu haqda “Basta”ya Müsavat başqanının müavini, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Yadigar Sadıqovməlumat verib.
“Ümumilikdə 88 seçki dairəsindən 41 128 imza toplanaraq müvafiq qaydada MSK-ya təhvil verildi. İmza toplanması prosesində müsavatçılarla yanaşı “Nida” və D-18 təşkilatlarının nümayəndələri də aktiv iştirak ediblər ”, – Yadigar Sadıqov bildirib.
Yadigar Sadıqov bildirib ki, Seçki Məcəlləsinə əsasən MSK ən geci bir həftə ərzində “Respublika” təşviqat qrupunun rəsmi qeydə alınması məsələsinə baxmalıdır.