Muzeyin yenidən tikilməsinə isə təkrar 16 miylon manat ayrıldı
“Lənkəranda Heydər Əliyev muzeyi yerlə-yeksan edilib. Muzey ilin axırına kimi yenidən tikiləcək”. Bu barədə Lənkərandakı mənbəmiz xəbər verib. Mənbənin dediyinə görə, muzeyin qarşısındakı fontanlar da sökülüb. Onlar da yenidən qurulacaq.
Bir müddət əvvəl tikilmiş muzeyin sökülməsi lənkəranlılar arasında müəmma olaraq qalıb. Mənbənin dediyinə görə, muzeyin yenidən tikilməsi üçün 16 milyon manat ayırılıb. “Bundan başqa, iki fontanın yenidən qurulması üçün isə 400 min manat silinəcək. Rayonda külli-miqdarda problem həllini gözlədiyi halda, 16 milyon 400 min manatın göyə sovurulmasına isə rayon sakinləri ad tapa bilmir” – deyə mənbə bildirib.
Informasiya şöbəsi