Türkiyənin Van vilayətinin Özalp magistral yolunda zirehli hərbi maşının keçidi zamanı partlayış baş verib.
“Hüriyyet”in verdiyi xəbərə görə, hadisə zamanı ikisi ağır olmaqla 5 hərbçi və 5 mülki vətəndaş yaralanıb. Yaralılar Vandakı xəstəxanaya yerləşdiriliblər. Xəstəxanada mülki şəxslərdən biri dünyasını dəyişib.
PKK terror təşkilatı yola yerləşdirdiyi qurğunu Van-Özalp magistral yolunun 50-ci kilometrliyində partladıb.
Terrorçuların zərəsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyata başlanılıb.