İsrailin İrana müdaxilə üçün 2013-cü ilə qədər gözləyəcəyi ehtimal olunur
Bəzi yüksək vəzifəli israilli hərbi rəsmilərin iddialarına görə, İrana hərbi müdaxilə 2013-ci ilə qədər təxirə salına bilər. Bu iddialar ABŞ-ın İrana yönəlik mümkün hərbi hücum məsələsində İsrailə ünvanladığı “Bir az daha gözləyib, sanksiyaların nəticələrini görək” mesajının işə yaradığına dair ehtimalları artırır.
Amerikalı və bəzi israilli rəsmilər İrana tətbiq olunan qadağaların yavaş-yavaş nəticə verməyə başladığını bildirirlər. Bu ayın ortalarında İran ilə “P5 +1” formatı (BMT TŞ-nın daimi üzvləri və Almaniya) arasında baş tutacaq danışıqların də necə keçəcəyini gözləmək də qərara aldıqlarını söyləyiblər. Lakin İsrailin baş naziri Benyamin Netanyahu ötən gün verdiyi açıqlamasında sanksiyaların İrana zərər verdiyini, amma Tehran rejiminin nüvə silahı istehsalını dayandıracaq təsir göstərib-göstərməyəcəyinin hələ dəqiq olmadığını deyib.