Ötən gün Gəncənin mərkəzində vərəqələr paylanılıb. Şəhər sakinlərindən aldığımız məlumata görə, vərəqələri paylayan şəxs Gəncənin icra başçısı Elmar Vəliyevdən şikayətçi olub: “Vərəqələrdə icra başçısının göstərişilə sahibkarların incidilməsi, yol verilən özbaşınalıqlar öz əksini tapıb. Həmçinin qeyd olunub ki, Elmar Vəliyev bu əməllərini dayandırmayacağı təqdirdə Quba olayları Gəncədə də təkrarlanacaq”.
Vərəqələri konkret kimin payladığı haqda məlumatsız olan mənbə onu da əlavə edib ki, hazırda yerli polis və xüsusi xidmət orqanı bunu araşdırmağa çalışır.