İsveçin təhsil naziri, 29 yaşlı Aida Hadzialiç sükan arxasında sərxoş vəziyyətdə saxlanıldığı üçün istefa vermək məcburiyyətində qalıb.
Hadzialiç istefa qərarı barədə mətbuat konfransında məlumat verib. Nazir sükan arxasına əyləşməzdən əvvəl iki qədəh şərab içdiyini etiraf edib.
Sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün onu 6 aya qədər həbs cəzası gözləyir.
Bosniya və Herseqovinada anadan olub Aida Hadzialiç kiçik yaşlarında valideynləri ilə birlikdə İsveçə köçüb.
azadlıq.info