Ştefan Füle: «Ötən il Avropa Birliyinin 8 bəyanatında insan haqları məsələsi ilə bağlı narahatlıq ifadə olunub»
Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle APA-ya müsahibə verib.
O, müsahibəsində Azərbaycanda demokratiya və insan haqları sahəsində vəziyyətə də toxunub. “Biz Azərbaycanla demokratiya və insan haqları sahəsində işləməyə davam edirik. Ümumilikdə Azərbaycanda ötən il insan haqları ilə bağlı vəziyyət yaxşılaşmayıb. Ötən il Avropa Birliyinin ən azı 8 bəyanatında Azərbaycanda insan haqları məsələsi ilə bağlı narahatlıq ifadə olunub və biz Azərbaycanı insan hüquqları və demokratiyanın effektiv təminatı məqsədilə səyləri bundan sonra da gücləndirməyə çağırmışıq. Biz ”Eurovision” müsabiqəsinin Azərbaycanı dünyada tanıtmaq baxımından nə qədər böyük imkanlara malik olduğunu bilirik. Bir çox tamaşaçılar üçün bu, Azərbaycanla ilk təmas olacaq. Dünyaya tolerant Azərbaycanın, insan haqları və qanunun aliliyi sahəsində öhdəliklərinə hörmətlə yanaşan Azərbaycanın obrazını göstərmək vacibdir. Bu imkan əldən verilməməlidir”.