Bakı şəhəri, Nəsimi rayonunda mənzildən külli məbləğdə pul oğurlanıb.
Məlumata görə, hadisə A.Mustafayev küçəsində qeydə alınıb. Ev 43-də yaşayan 1977-ci il təvəllüdlü Mahirə Həsənovanın mənzilindən açarseçmə yolu ilə 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. (“Report”)