Misir rəsmiləri İranın Süveyş kanalında İsrailə aid bir gəmini partlatmaq planlarını önlədiklərini bildiriblər. İddiaları təsdiqləyə bilməyəcəklərini söyləyən İsrail rəsmiləri xəbərin Misirin yarı-rəsmi qəzeti kimi tanınan “Əl Əhram”da yayınlandığını vurğulayıblar.
Qəzetin xəbərinə görə, iranlı xəfiyyələrdən pul və təlimat akan iki misirli təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Əlavə edək ki, rəsmi Təl Əviv ötən ay Hindistan, Gürcüstan və Taylandda İsrail diplomatlarına yönəlik hücumların və terror aktlarının təşkilinə görə İranı günahlandırmışdı.
azadliq.info