Maliyyə vəziyyətinin ağırlığına görə ödənişli ali təhsildən imtina edənlərin sayı artacaq
Manatın iki devalvasiyası ölkədə iqtisadi vəziyyəti kəskinləşdirməklə vətəndaşların gəlirlərinə də ciddi təsir edib. Gəlirlərin azalması isə özünü bütün sahələrdə, o sıradan təhsil xərclərində də göstərəcək. Tez-tez mətbuatda məhz iqtisadi çətinliklər üzündən tələbələrin təhsili yarımçıq qoyduğu barədə məlumatları oxuyuruq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmən elan etdiyi rəqəmə görə, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyindən ali məktəblərdən çıxarılıb. Bu statistika son 3 ili əhatə edir. Fikrimizcə, bu göstəricinin üzərinə ödənişli ixtisasa düşdüyü üçün təhsilini, ümumiyyətlə, başlamayan abituriyentləri də əlavə etmək lazımdır.
Ümumiyyətlə, Azərbaycanda təhsilin keyfiyyətinin yüksək olmadığı və bu göstəricinin hər ötən il daha da aşağı düşdüyü bir faktdır. Amma bu aşağı keyfiyyətli təhsilin ödənişi heç də iqtisadi çətinliklərə baxmayaraq aşağı düşmək niyyətində deyil. Əksinə, Azərbaycanda təhsil haqları vətəndaşların real qazancına ziddir.
Məsələn, bugünlərdə Azərbaycanda rəsmən ən yüksək və ən aşağı təhsil haqları elan edildi.
Məlum olum olub ki, 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrində ən baha ixtisas üzrə bir ilə 6500, ən ucuz ixtisas üzrə isə 1000 manat ödəniş tələb olunur.
Bu il ali təhsil müəssisələrinin plan yerləri arasında ən bahalı və ən ucuz ixtisaslar I qrupdakıÿtexniki peşələr olan kompüter və informasiya texnologiyaları elmləri, mühəndislik və sənaye sahələri üzrədir.
Modern.az-ın məlumatına görə, hazırda ali təhsil müəssisələri arasında ən bahalı ixtisas “ADA” Universitetindədir. Belə ki, bu ali məktəbdəkiÿkompüter mühəndisliyi, sistem mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyalarıÿixtisaslarının hər birininÿillik təhsil haqqıÿ6500 manatÿtəşkil edir.
Bu il təhsil haqqı ən ucuz ixtisas Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetindəki mühəndislik ixtisasıdır. Belə ki, bu universitetdəkiÿmetallurgiya mühəndisliyi, maşın mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi, kompüter mühəndisliyi, çoxişlənən malların texnoloji mühəndisliyi, təkrar emal və bərpa texnologiyaları mühəndisliyiÿixtisaslarının illik təhsil haqqıÿ1000 manatÿolacaq.
Orta aylıq əmək 466 manat olan bir ölkədə təhsil haqqının bu formada olması nə dərəcədə adekvatdır? Onu da nəzərə almaq lazımdır ki, əvvəlki illərdən fərqli olaraq bu il valideynləri övladlarının təhsil haqqının ödənişindən xilas edən kreditlər yoxdur. Əgər əvvəlki illərdə valdeynlər təhsil haqqını ödəmək üçün kredit təşkilatlarına müraciət edirdilərsə, bununla da bir müddət nəfəslik əldə edirdilər iqtisadi vəziyyət artıq bunu mümkünsüz edib.
Gəlin, kiçik bir araşdırma aparaq. Övladı illik ödənişi 3 000 manat olan fakültəyə daxil olan valideynin aylıq əmək haqqı nə qədər olmalıdır? Illik ödəniş kimi 3ÿ000 manatlıq fakültənin seçilməsi də təsadüfi deyil. Biz nə yüksək, nə də aşağı ödənişi seçdik. Çünki, ölkə ərazisində, bir qayda olaraq, məhz orta ödənişli fakültələrə tələbat daha yüksəkdir. Beləliklə, illik ödənişi 3 000 manat olan fakültəyə övladı daxil olan valideynin aylıq gəliri 1ÿ000 manat olmalıdır. Çünki ailənin xərcləri yalnız təhsil haqqının ödənilməsi ilə bitmir. Tələbənin, ailənin saxlanılması xərcləri də ailə büdcəsindən vəsait xərclənməsinə səbəb olur. Bir yox, bir neçə tələbəsi olan ailələrin vəziyyəti isə daha ağır olur. Orta aylın əmək haqqı 466 manat olan ölkə də isə bu xərcləri qarşılamaq mümkünsüzdür.
O da nəzərə alınmalıdır ki, iqtisadi böhran iş yerlərinin itirilməsinə, vətəndaşların gəlirlərinin azalmasına səbəb olub. Belə bir vəziyyətdə isə söyləmək olar ki, üzümüzə gələn təhsil ili maliyyə vəziyyəti pis olduğundan ödənişli təhsildən imtina edəcək tələbələrin statistikası bir qədər də artacaq.
Xəyal