Jurnalistlər iki prezidentin qapalı söhbətini dinləyib
Medvedev Obamaya: «Başa düşdüm. Vladimira çatdıraram»
ABŞ prezidenti Barak Obama Seulda nüvə təhlükəsizliyi sammiti çərçivəsində Rusiya prezidenti Dmitri Medvedevlə görüşün nəticəsinə əsasən bildirib ki, Avropada raketdən müdafiə sistemlərinin tikintisinə dair dalana dirənən problemlə bağlı irəliləmə artıq 2013-cü ildə əldə edilə bilər. Beləliklə, məlum olub ki, Vaşinqton mübahisəli məsələni artıq Rusiyanın növbəti prezidenti Vladimir Putinlə həll etməli olacaq.
Obama ilə Medvedevin bağlı qapılar arxasında keçirilən 40 dəqiqəlik görüşün mətbuat üçün açıqlanması nəzərdə tutulmayan bir hissəsi jurnalistlərin əlinə keçib. Zaldan səsi ötürən audiokolonka mətbuat konfransı başlamazdan bir qədər əvvəl qoşulub. Jurnalistlər də nəinki həvəslə bu söhbəti dinləyib, hətta onu mətbuat səhifələrinə də çıxarıb. Şəxsi söhbətdə Obama Medvedevi əmin edib ki, raketdən müdafiə sistemləri problemi həll oluna bilər. Öz növbəsində Medvedev «məlumatı Vladimirə ötürməyə» söz verib.
Təsadüfən dinlənilən danışığın mətni dünyanın bütün nüfuzlu mətbuat orqanlarının səhifələrini bəzəyib.
Barak Obama:
– …continue with missile defense… This can be solved. It is important to give the space. (“…RMS-dən davam edərək… bu həll oluna bilər. Ən vacibi məkanın verilməsidir…»)
Rusiya mənbələri yazır ki, ABŞ prezidentinin dediklərinin üç izahı ola bilər. Kremlə yaxın mənbələr hesab edir ki, söhbət seçki kampaniyasına görə manevr üçün məkandan gedir. Başqa bir ehtimala görə, Obama Medvedevin bu mövzuda olan müzakirələrdə artıq baş nazir kimi iştirakından danışıb. Üçüncü versiyaya əsasən, Obama Rusiyaya Avropa raketdən müdafiə sisteminədə iştirak üçün ümid verib.
Dmitri Medvedev:
– I understand your message about space. There is a place for you. There is a space for you. (“Mən məkanla bağlı ismarıcınızı anladım. Sizin üçün də yer var. Sizin üçün məkan var»).
Barak Obama:
– This is my last question. (“Bu mənim sonuncu sualımdır»).
Dmitri Medvedev:
– I understand. I transmit this information to Vladimir. (“Başa düşdüm. Mən bu məlumatı Vladimira çatdıraram»).
Bu söhbətin mətbuata çıxması artıq ABŞ-da qalmaqal yaradıb. Respublikaçılar Obamanı xəyanətdə ittiham edib.
Obama ilə Medvedevin danışıqlarını şərh edən ABŞ-ın Respublikaçılar partiyasından seçki yarışının favoriti Mitt Romni bildirib ki, prezidentin açıqlamaları həyacanlanlamağa əsas verir. Bu zaman o Rusiyanı ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb.
azadlıq.info