Ölkədə manatın ikinci devalvasiyasndan sonra ölkə başçısı Ilham Əliyev məmurların bahalı maşınlardan istifadəsini məzəmmət edib böhrandan çıxış yolu kimi Naxçıvan istehsalı olan NAZLIFAN almağı tövsiyə etmişdi.
Üstündən yarım il keçib. Nə oldu? Məmurlar dövlət qurumlarına, nazirliklərə, komitələrə, icra hakimiyyətlərinə, ailələrinə, övladlarına aldılarmı “nazlı” avtomobilləri? Prezidentin göstəriş kimi səslənən tövsiyəsi qulaqardına vuruldu. Hələ hər hansı dördüncü dərəcəli məmurun da istifadəsində Naxçıvan istehsalı maşına təsadüf edilməyib.
Vipmedia.infonun etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu günlərdə Daxili Işlər Nazirliyi 164 ədəd “NISSAN” markalı yeni avtomobil alıb. Prezident Administrasiyası üçün isə 92 ədəd BMW-500 markalı avtomobillər alınıb.
Milyonlarla dəyəri olan bu avtomobilləri alanda, əlbəttə, kommunal xidmətlərin qiyməti qalxacaq. Işığın pulu atrdı, su od qiymətinə oldu. Qiymətlər qalxmalıdır ki, məmur BMV-də rahat gəzsin. Onlar NAZLIFAN-ı özlərinə yaraşdırmırlar.