Neft, “hədsiz hasilat səbəbilə qiymətlərin 40 dollar səviyyəsinə düşəcəyi” proqnozlarından sonra ucuzlaşıb.
“Marja” xəbər verir ki, BNP Paribas SA və JBC Energy Gmbh-ın analitikləri, neft qiymətlərinin qlobal hasilat çoxluğu və zəifləyən tələbin təsiri ilə barelinin 40 dollara doğru düşə biləcəyi proqnozunu veriblər.
Neft qiymətləri, bu ilin Yanvar ayında 12 ilin ən aşağı səviyyəsini görməsinin ardından, hasilatdakı fasilələr və ABŞ-da düşən istehsalın təsiri ilə təxminən iki dəfə artandan sonra, İyun ayının əvvəlindən bu yana 44 dollar ilə 52 dollar arasında dəyişir
Qərbi Texas nefti (WTI)Nymex birjasında, 45 sent düşərək bareli 45.23 dolları, Brent nefti isə Londonda ICE Futures Europe birjasında 44 sent və ya 0.9 faiz düşərək bareli 46.93 dolları görüb.