“Atatürk” Hava Limanında qanlı hücumla bağlı yeni detallar məlum olub. CNN Türkün iddiasına görə, 20 gün əvvəl kəşfiyyat orqanlarında İŞİD-in “Atatürk” Hava Limanına hücum edə biləcəyinə dair məlumatlar olub.
CNN Türk-in canlı yayımında aparıcı Hande Fırat təxminən 20 gün əvvəl kəşfiyyat orqanları dövlət rəhbərlərinə və bütün təşkilatlara xəbərdarlıq yazısı göndərdiyini idda edib. Aparıcı kəşfiyyat məlumatlarında terror törədiciləcək məkanların adlarının açıqlandığını da deyib:
“20 gün əvvəl kəşfiyyat orqanları dövlətin təpəsinə və bütün təşkilatlarına terror ehtimalı ilə bağlı xəbərdarlıq edib. Terror törədiləcək yer adları arasında “Atatürk” Hava Lımanının da adı keçir”,- deyə aparıcı bildirib.
azadliq.info