Aralarında “General Motors”, Delta Hava Yolları və “Netflix” kimi nəhəng şirkətlərin də olduğu 50-dən çox biznes liderləri Hillari Klintona dəstəyini ifadə edib.
Klinton iqtisadi platforması barədə çıxışdan bir gün sonra biznes liderləri ona dəstəyini nümayiş etdirib. O, bu çıxışında prezidentliyinin ilk 100 günündə infrastruktur, təmiz enerji və istehsal sahələri də daxil olmaqla, planlaşdırdığı iş yatırımları barədə danışmışdı.
Kompaniyalar arasında köhnə biznes nəhənglərindən “DuPont” olduğu kimi, “Airbnb” və “Tumblr” kimi yeni şirkətlər də var. Hətta onların bəziləri özünü respublikaçı kimi tanıdıblar. “Dəniz Akademiyasında oxuduğum və Dəniz Donanmasında xidmət etdiyim dövrdən bəri mən həmişə Respublikaçılara səs vermişəm”, “General Motors”un keçmiş sədri və icraçı direktoru Den Askerson deyib. “Azad dünyanın lideri olmaq effetiv liderlik, doğru mühakimə, möhkəm əl və ən əsası, böyük və kiçik krizislərin öhdəsindən gəlmək üçün uyğun temperament gərəkdirir”. Askerson bildirib ki, “Mən öz səsimi Hillari Klintona verəcəm”
Biznes liderlərindən bir çoxu Donald Trampın yüksəlişindən narahatlığını bildiriblər. “Tramp Amerikanı supergüc edən dəyərləri dağıda bilər. Hillari Klinton bizim ehtiyacımız olan güclü liderdir”, Netfliksin sədri Rid Hastinqs deyib.