Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə (AYB) Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etməyəcəyi barədə rəsmi məktub göndərib.
Ermənistanın qərarına münasibət bildirən AYB-nin mahnı müsabiqəsinin idarəedicilərindən Yan Ola Sand bundan üzüldüklərini deyib: “Bizim və ev sahiblərinin Ermənistan nümayəndə heyətinin iştirak üçün etdiyi cəhdlərə baxmayaraq, hadisələr bizim əksimizədir”.
AYB-nin rəsmi saytında yazılıb ki, bu il Bakıda keçiriləcək müsabiqədə 43 deyil, 42 ölkə iştirak edəcək (BBC Azərbaycanca).