Bu həftə Avropa Birliyi Rusiyaya sanksiyaları daha altı ay uzatmağa hazırlaşır.
Sanksiyalar iyulun sonunda bitir. İyunun 21-də Luksemburda keçiriləcək görüşdə AB diplomatlarının sanksiyaların uzadılmasına səs verəcəyi gözlənilir. AB liderləri isə gələn həftə Brüsseldə sammitdə görüşüb bunu təsdiqləməlidir.
Almaniya kansleri Angela Merkel sanksiyaların saxlanmasına çalışır. Slovakiya, Macarıstan, İtaliya isə buna etiraz edir.
Fransanın xarici işlər naziri Jean-Marc Ayrault iyunun 20-də deyib ki, sanksiyaların saxlanmasına tərəfdardır, çünki Rusiyayla Ukrayna Minsk sazişinə əməl etmirlər. Həmin saziş Ukraynanın şərqində sülhün təmin olunmasını nəzərdə tutur.